İslam dünyasının iki düşmən qütbü – İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər düzələ bilər.
Ovqat.com xəbər verir ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İSNA xəbər agentliyinə verdiyi müsahibəsində dilə gətirdiyi bəzi fikirlərdən belə çıxır.
Həcc ziyarətindən sonra iki ölkə arasında diplomatlar səviyyəsində görüşlərin keçiriləcəyini bildirən nazir Səudiyyə Ərəbistanından bir diplomatik heyətin yaxında Tehran və Məşhəddəki səfirlik və konsulluğu ziyarət edəcəyini, bunun əvəzində İran diplomatlarının Səudiyyə Ərəbistandakı səfirliklərinə gedəcəklərini ifadə edib.
Zərif, həmçinin, Səudiyyə Ərəbistanının Tehrana qarşı münasibət və siyasətini gözdən keçirməsini arzuladıqlarını da gizlətməyib: "Ancaq bu istiqamətdə, təəssüf ki, müsbət işarələr görə bilmirik. Səudiyyə Ərəbistanı əlaqələri yaxşılaşdırma istiqamətində konkret addımlar atarsa, İran da buna, şübhəsiz, müsbət cavab verəcək”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 3 Yanvar 2016-cı ildən bəridir, İranla diplomatik əlaqələrini kəsib. Son ilyarımdan artıq müddət ərzində ilk dəfə iki dövlət diplomatlarının bir araya gəlməsiylə əlaqələrin yenidən bərpası ümidləri artacaq.
Ovqat.com
Paylaş: