Xəbər lenti

 "İŞİD hücumlarını ABŞ və Səudiyyə Ərəbistanının rəhbərliyi və dəstəyi altında həyata keçirir."
SalamNews-un IRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Məsud Cəzaeri bildirib.
O deyib: “İŞİD terror təşkilatı ABŞ və Səudiyyə Ərəbistanı ilə əlaqəlidir və terror hücumlarını bu iki ölkənin rəhbərliyi və dəstəyi ilə həyata keçirir.
Bu gün Səudiyyə Ərəbistanı və ABŞ, eləcə də regionun reaksiya göstərən bəzi ölkələrinin dəstəklədiyi terrorizmin dağıdıcı effektini İraqda, Suriyada, Əfqanıstanda, Yəməndə və bəzi Avropa ölkələrində görmək olar.”
Cəzaerinin fikrincə, region ölkələrində terror aktlarının planlaşdırılması və onların idarəsi Səudiyyə Ərəbistanı və ABŞ-dan həyata keçirilib.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanını İranın şərq hissəsində məskən salan terrorçuları dəstəkləməkdə ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 1 184          Tarix: 13-06-2017, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma