Səudiyyə Ərəbistanının başçısı kral Salmannın Qətər şeyxi Abdullah ibn Əli ilə bir araya gəlməsi siyasi arenada ortaya cavabsız suallar atıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Qətərə qarşı yeni həmlə etməsi ehtimal edilir.
5 iyunda başlanan böhranla bağlı bu günə qədər Qətər hökumətinin aparıcı səlahiyyət daşıyan şəxslərindən heç kim ölkəsinə blokada tətbiq edən Səudiyyə Ərəbistanı kralı ilə görüşməmişdi.
Kralın ilk dəfə Qətər şeyxi ilə keçirdiyi bu görüşdən dərhal sonra Səudiyyə Ərəbistanı Həcc ziyarəti etmək istəyən Qətər vətəndaşlarına qapılarını açacağını elan edib. Səudiyyə Ərəbistanının hökumət nümayəndələri bu qərarda qətərli şeyxin təsirinin olduğunu deyib.
Qeyd edək ki, Şeyx Abdullah hazırki Qətər əmiri Şeyx Təmim ibn Həməd əl Saninin atasının əmisioğludur. Rəsmi Qətər isə Şeyx Abdullahın hökuməti təmsil etmədiyini qeyd edib.
Məhz bu açıqlamadan sonra Səudiyyə Ərəbistanın Qətərdə hökumət çevrilişi edəcəyi ehtimalları üzə çıxıb.
Paylaş: