Xəbər lenti

 

ABŞ Rusiya qazının “qoca qitə”yə nəqlinin qarşısını almaq üçün, başda Serbiya olmaqla, bir sıra Şərqi Avropa ölkələrində çevriliş hazırlayır.

Ovqat.com xəbər verir  ki, bu iddianı ABŞ-ın tanınmış enerji mütəxəssisi Vilyam Edghahl irəli sürüb.

Mütəxəssis qələmə aldığı "Türkiyə, Rusiya və Balkanlarda maraqlı yeni geopolitik durum" adlı məqaləsində Rusiya-Türkiyə əməkdaşlığı ilə inşa edilən “Türk axını”nın və digər ölkələrin bu layihəyə daxil olmalarının Vaşinqtonu ciddi narahat etdiyini bildirib.

Edghahl, həmçinin, Rusiyanın Macarıstan, Serbiya, Bolqarıstan və Türkiyə ilə bağladığı təbii qaz sazişinin ABŞ-ı bərk qəzəbləndirdiyini bildirərək yazıb: "Bunun səbəbi aydındır. Vaşinqton Avropanın Rusiyadan qaz almasına və Putinin Avropadakı nüfuzunun güclənməsinə icazə vermək istəmir. Odur ki, Rusiya-Türkiyə təbii qaz boru xəttinə bağlı bütün ölkələr (Türkiyə, Macarıstan, Bolqarıstan, Serbiya və potensial olaraq Çexiya) ABŞ-ın yumruqlarının hədəfindədir. "Türk akımı"ndan başqa Rusiya və Almaniya tərəfindən çəkilməsi planlaşdırılan "Şimali axını" layihəsi də məcburi olaraq dayandırıldı”.

Müəllif məqaləsində Rusiya-Türkiyə təbii qaz boru xəttinə qoşulmağı planlaşdıran Serbiya və digər bütün ölkələrin "demokratik" dəyişikliklərə namizədlər siyahısına salındığını da etdiyini ifadə edib.

Bu iddianın Vilyam Edghahl tərəfindən səsləndirilməsi Qərb ölkələrində xeyli ciddi qarşılanıb. Nədən ki, illərlə neft və digər enerji qaynaqları üzərində qarşıdurmaları araşdıran müəllif qanlı “Ərəb Baharı” haqqında doğrulan proqnozları ilə tanınır.

Maraqlıdır ki, ABŞ-ın enerji mütəxəssisi bizim bir çox siyasilərdən fərqli olaraq, Şərqi Avropada hazırlanan rəngli inqilabların əsl səbəbinin demokratiya olmadığını etiraf edir. Onun fikrincə, Vaşinqtonun niyyəti ABŞ-ın qlobal enerji siyasəti üzərindəki təsirinin azalmasının və Avropanın enerji sahəsində özü-özünə çatacaq hala gəlməsinin qarşısını almaqdır.




Ana səhifəyə qayıt        Baxış: 1 830          Tarix: 27-08-2017, 08:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma