Xəbər lenti

 

Son vaxtlar Türkiyə-Rusiya arasında nə qədər yaxın münasibətlər qurulduğu görülsə də, bu əlaqələr iki dövlətin bir-biriylə rəqabətini tam ortadan qaldırmayıb. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına, xüsusilə pomidoruna sanksiyalarını davam etdirdiyi kimi, Türkiyə də Rusiya mallarına eyni “diqqətlə” yanaşır.

Ovqat.com xəbər verir ki, Türkiyənin Rusiyadan idxal olunan günəbaxan yağına da məhdudiyyətlər tətbiq etdiyi anlaşılıb.

Bu barədə rus xəbər agentliyi RİA-ya məlumat verən Rusiya Yağ Birliyinin sədri Mixail Maltsev Türkiyənin bu məhsula 15-30% arasında kvota tətbiq etdiyini bildirib. Türkiyə İxracatçılar Məclisi də faktı təsdiqləyib, yalnız günəbaxan yağına deyil, bütün kənd təsərrüfatı məhsullarının Rusiyadan idxalatına müəyyən məhdudiyyətlər qoyulduğunu etiraf edib.




Ana səhifəyə qayıt        Baxış: 1 095          Tarix: 24-05-2017, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma