Xəbər lenti

 

Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

“AzPolitika” xəbər verir ki, sərəncamda deyilir: “1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin”.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bu gün başqa bir məlumat da jurnalist Mehman Əliyev barədə yayılıb. 

Haqqın.az-ın iddiasına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra jurnalistin həbsiylə bağlı Turan İnformasiya Agentliyinin müraciəti barədə ona məlumat verilib.

Prezident bu müraciətə dərhal ciddi reaksiya verib və prokurorluq-məhkəmə orqanlarına tövsiyyə edib ki, Mehman Əliyevlə bağlı qərara yenidən baxsınlar.

Xatırladaq ki, bu gün Apellyasiya Məhkəməsində Mehman Əliyevin şikayətinə baxılacaq. Əminliklə bildirmək olar ki, Prezidentin sözügedən göstərişindən sonra Apellyasiya Məhkəməsi Mehman Əliyevlə bağlı qərarı bu gün dəyişəcək və o, sərbəst buraxılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 191          Tarix: 11-09-2017, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma