Xəbər lenti

  

Azərbaycanın Fransada çox təcrübəli bir səfiri var. Adı Rəhman Mustafayev.

Cəmi bir neçə aydır ki, Fransada səfirliyə başlayan Rəhman müəllim bu vəzifəyə qədər ölkənin ən mühüm nazirliklərində və rəhbər orqanlarında işləyib:

1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi,

1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi,

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri,

2000-2006–cı illərdə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri,

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru,

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri,

23 İyun 2017 –ci il tarixindən isə Azərbaycanın Fransadakı səfiri.

Bir sözlə, işləmədiyi idarə qalmayan Rəhman Mustafayev, sən demə, Azərbaycanın nazirlərini yaxşı tanımırmış. Hər halda onun Samir Şərifovu Nəqliyyat naziri kimi təqdim etməsi bu cür düşünməyə əsas verir.

Ovqat.com Fransadakı səfirimizin dünən “Tvitter”də paylaşıb bir müddətdən sonra sildiyi paylaşımını təqdim edir.

 

Görünür, yaxın dostları cənab səfirə Samir Şərifovun Maliyyə naziri olduğunu xatırladıblar.

Gec də olsa öyrənmək pis deyil.




Ana səhifəyə qayıt        Baxış: 2 159          Tarix: 17-09-2017, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma