Barselonada yüzminlərlə insan həbs olunan Katalan siyasətçilərin azad edilməsi üçün nümayiş təşkil ediblər.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniyanın şərqindəki Barselona şəhərində minlərlə insan həbs olunan Katalan siyasətçilərin sərbəst buraxılması üçün nümayiş təşkil edib. Müstəqil QHT-lər tərəfindən təşkil edilən nümayişdə iştirak etmək üçün Kataloniyanın fərqli yerlərindən Barselonaya 900 avtobus gəlib.
Barselona şəhər polisinin məlumatına görə, nümayişdə 750 min adam iştirak edib. Nümayişdə Kataloniya Məclisinin 27 Oktyabrda elan etdiyi birtərəfli müstəqillik qərarından sonra dövlətə qarşı üsyan, insanlarda səhv mövqe və fikir yaratmaq maddəsi ilə açılan cinayət işi ilə əlaqədar tutulan şəxslərin sərbəst buraxılması tələb edilib.
Nümayişçilər "Puigdemont bizim prezidentimizdir", "Heç olmadığı qədər birlik içindəyik. Hökümətimizi müdafiə edəcəyik" və "Demokratiya istəyirik, Avropa haradadır?" şüarlarından istifadə ediblər.
Nümayişdə edilən çıxışlarda 21 dekabrda Kataloniyada keçiriləcək seçkilərdə hazırda həbsdə olan siyasətçilərin də namizəd olduğu bildirilib.
İspaniyada keçmiş Katalan hökumətinin səkkiz nəfəri və müstəqil QHT-lərin iki nümayəndəsi həbsdədir.
Paylaş: