İspaniyanın şərqindəki Kataloniya muxtar hökumətinin başçısı Karles Puigdemont, müstəqillik elanından vaz keçib.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, dünən parlamentdə müstəqillik bəyanatı verəcəyi gözlənilən Karles Puigdemont bir çox tərəfdarını təəccübləndirən çıxışıyla yadda qalıb.
Gözləniləndən bir saat gec başlayan çıxışında katalon lider ölkəsinin 1 oktyabrda keçirilən referendum nəticəsində müstəqillik hüququnu qazandığını desə, ispan hökumətilə dialoq qapısını açıq tutmaq üçün bu haqdan istifadə etməyəcəyini bildirib: "Məndən heç bir zaman təhdid və şantaj duymayacaqsiniz. Gərginliyi artıracaq yox, azaldacaq mesajlar verəcəyəm. Əsla hamımız eyni fikirdə olmasaq da, birlikdə yaşayacağıq."
Qeyd edək ki, İspaniya Konstitusiya Məhkəməsi müstəqillik referendumunu qanunsuz hesab etsə də, kataloniyalılar 1 oktyabrda səsverməyə getmiş, seçicilərin 90%-dən yuxarı qismi müstəqilliyə səs vermişdi. Referendum kampaniyası boyunca, xüsusilə də səsvermə günü İspaniya hökumət qüvvələrilə dinc əhali arasında qarşıdurmalar yaşanmışdı. Bütün bunlara baxmayaraq, müstəqillik iradəsi ortaya qoyan kataloniyalıların liderinin geri addım atması və çıxışına bir saat gec başlaması onun ciddi təzyiq və təhdidlərə məruz qaldığı ehtimalını ağla gətirir.
Kataloniya xalqı liderlərinin geri addımını qəbul edəcəkmi? Bu suala tarix yaxın saatlarda cavab verəcək.
Paylaş: