Xəbər lenti

İspaniyanın Kataloniya muxtar vilayətində ispan hökumətinin təzyiqinə və polisin hərəkətlərinə qarşı etiraz əlaməti elan edilmiş ümumi tətil çərçivəsində minlərlə insanın iştirak etdiyi aksiya keçirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, həmkarlar ittifaqının, müəssisələrin və Kataloniyanın qeyri-dövlət təşkilatının təşəbbüsü ilə keçirilmiş ümumi tətil yerli vaxtla saat 06:30-da başlayıb.

Aksiya iştirakçıları Kataloniyanın müstəqilliyi haqqında referendumda səs vermək üçün oktyabrın 1-də seçki məntəqələrinə gəlmiş vətəndaşlara güc tətbiq etmiş ispan polisinin və jandarmeriyanın hərəkətlərinə etiraz ediblər.

Etirazçılar İspaniyanın hakim Xalq Partiyasının qərargahında və Kataloniyanın polis İdarəsində toplaşıblar. Aksiya iştirakçıları ispan hökuməti və polis əleyhinə şüarlar səsləndiriblər.

Bildirilir ki, etirazçılar 51 yolu kəsiblər. Bu isə tıxaclara gətirib çıxarıb.

Aksiyada Barselona əhalisinin 80 faiz əhalisi iştirak edib və bu, nəqliyyat, təhsil, səhiyyə sferasına mənfi təsir 




Ana səhifəyə qayıt        Baxış: 1 052          Tarix: 4-10-2017, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma