Xəbər lenti

 

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının yeni vəliəhdi Məhəmməd bin Əbdüləziz öz postuna əyləşən kimi mülayimləşmə siqnalları vermişdi. Ekspertlər rəsmi Riyadın bir müddət əvvəl şəhzadə və nazir ovuna başlamasını da bu islahatlarla əsaslandırırlar. Onların fikrincə, potensial rəqiblərini sıradan çıxarmaqla öz yerini möhkəmlədən vəliəhdin indiyədək Səudiyyə Ərəbistanında xoş görülməyən bəzi “mütərəqqi” adamlar atacağı gözlənilir. Əsas addımların isə qadın hüquqları və həyatı sahəsində atılacağı güman olunur.

Ovqat.com xəbər verir ki, ilk belə addımlardan biri də dünən atılıb.

Ölkə tarixində ilk dəfə Ciddə şəhərində qadın basketbolu yarışı keçirilib. Kral Abdullah stadionunda başı hicablı, qolu açıq keçirilən yarışı yalnız qadınların izləməsinə icazə verilib.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 13-11-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma