Şəkildə: Tramp Ağlama divarı qarşısında
ABŞ prezident Donald Trampın üç səmavi dinin müqəddəs şəhəri olaraq bilinən Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına ən gözlənilməz təpki Ağ evdən gəlib.
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin adı gizli tutulan iki rəsmisi CNN İnternational kanalına açıqlamasında Qüds qərarının ciddi problemlər yaradacağını etiraf edib.
Rəsmilərin bildirdiyinə görə, Fələstinlə sülh danışıqları prosesini pozmadan Qüdsün İsrailə verilməsi barədə xeyli baş sındırıblar. Axırda bu qənaətə gəliblər ki, Qüdsü İsrailin paytaxtı kimi tanınmaq ilkin mərhələdə ciddi problemlər yaratsa da, perspektiv planda qalıcı sülhün təminatına çevrilə bilər: “İşlərin yolundan çıxacağını gözləyirik, amma ümid edirik ki, bu, müvəqqəti bir hal olacaq”.
Mətbuata Dövlət Departamenti tərəfindən sızdırılan bəzi rəsmi sənədlər ABŞ-ın İsrail rəsmilərini yarana biləcək gərginliklərlə bağlı xəbərdar etdiyini göstərir. Həmin mesajlarda İsrail yetkililəri təmkinli olmağa, bayram təntənəsilə qarşı tərəfi qızışdırmamağa çağırılır.
Paylaş: