Xəbər lenti

 

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb.

Ovqat.com xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatı yayıb.

Bildirildiyinə görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.

Sonda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının yekunlarına dair protokol imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 7-12-2017, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma