İran parlamenti ABŞ ilə aparılan danışıqları qapalı iclasda müzakirə etməyə hazırlaşırİran mediasının məlumatına görə, qapalı iclas fevralın 9-da keçiriləcək.
Bildirilir ki, iclasda İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək. Deputatlar ABŞ ilə aparılan danışıqlarla bağlı mövqelərini açıqlayacaq, xarici işlər naziri isə parlamentə rəsmi hesabat təqdim edəcək.
Xatırladaq ki, fevralın 6-da Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlar baş tutub. Tərəflər həm Maskatda Oman vasitəçiliyi ilə mövqelərini mübadilə edib, həm də bəzi məlumatlara görə, birbaşa görüşlər keçiriblər.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi danışıqların hər iki tərəfin mövqelərini təqdim etməsindən sonra onların davam etdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Paylaş:




























