Xəbər lenti

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-19-da Hindistana səfər edəcək və orada Baş nazir Narendra Modi ilə görüşəcək

Bu barədə "Reuters" agentliyi Hindistan XİN-in bəyanatına istinadən məlumat yayıb.

Modi və Makron Hind-Sakit okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.
Fransa Prezidenti həmçinin Dehlidə keçiriləcək "AI Impact Summit"də iştirak edəcək.

"Makron Hindistan və Fransa İnnovasiya İlinin açılışını etmək üçün Hindistanın maliyyə paytaxtı Mumbaya səfər edəcək", - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 58          Tarix: Dünən, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma