Cənubi Azərbaycanlı elm adamı Əhməd Rza Cəlali barədə çıxarılan edam cəzası İran Ali Məhkəməsi tərəfindən də təsdiqləndi.
Ovqat.com xəbər verir ki, Cəlali başqa ölkəyə cəsusluqda ittiham olunur.
Onun İranın nüvə proqramı ilə bağlı gizli məlumatları xarici kəşfiyyat orqanlarına sızdırdığı bildirilir. Xüsusilə MOSSAD tərəfindən öldürülən iki nüvə aliminin koordinatlarının Cəlali tərəfindən satıldığı iddia olunur.
Ötən həftə İran rəsmi televiziyasında etiraf videosu yayınlanan Cəlalinin də artıq öz əleyhinə irəli sürülən ittihamları boynuna aldığı aydın olur. O, öz etirafında Avropada təhsil aldığı vaxt xüsusi kəşfiyyat orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyini bildirib.
Qeyd edək ki, Cəlali 2016-cı ilin aprel ayında yaşadığı İsveçdən İrana doğmalarını görməyə gəlmiş və bir müddətdən sonra həbs olunmuşdu.
Edam hökmünün nə zaman icra olunacağı barədə heç bir məlumat verilmir.
İsveç vətəndaşı olan Cəlali Belçikada və İtaliyada elmi araşdırmalarla məşğuldur.
Paylaş: