Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp dekabrın 20-da öz “Twitter” səhifəsində yaydığı bir yazıda İranda hakimiyyətə qarşı keçirilən kütləvi etirazlara münasibət bildirərək aksiyaçılara dəstək verib.

Ovqat.com xəbər verir ki,  Tramp paylaşımında dünya birliyini İranda baş verən siyasi olayları diqqətlə izləməyə çağırıb: “İranda, hakim rejimin korrupsiyalaşmasından və onun ölkə sərvətlərini xaricdəki terrorizmə dəstək uğrunda bada verməsindən boğaza yığılan vətəndaşların dinc etirazlara qalxması barədə çoxlu məlumatlar yayılıb. Hesab edirik ki, İran hökuməti, öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalı, ona riayət etməli və onların söz və ifadə azadlığını tanımalıdır”.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox!” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə, İranın 10-dan çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar və yürüşlər keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və ölkənin digər rəsmilərinə qarşı sərt şüarlar səsləndirilib.

Dünən etiraz aksiyaları Cənubi Azərbaycanın paytaxtı Təbrizə də sıçrayıb. Təbrizlilərin əsas etirazı isə milli azadlıqlarının məhdudlaşdırılmasına qarşı yönəlib.

Xalq etirazları hələ də davam edir. 




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 31-12-2017, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma