Xəbər lenti

ABŞ Konqresinin yuxarı palatası Ağ ev tərəfindən etirazlara baxmayaraq Rusiya, İran və KXDR qarşı yeni sanksiyalar haqqında qanunu böyük üstünlüklə qəbul edib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Qanun layihəsinin lehinə 98, əleyhinə isə cəmi iki senator səs verib.

İndi qanun layihəsini prezident Donald Tramp imzalamalıdır.

Bu geniş 184 səhifəlik sənədin təxminən yarısı Rusiyaya həsr olunub. Bu səhifələrdə Amerika siyasətçilərinin Moskvanı ittiham etdikləri bütün müddəalar əksini tapıb: Ukraynaya qarşı hərəkətlər, ABŞ və digər ölkələrin kibertəhlükəsizliyinə qəsd, seçkilərin nəticələrinə təsir göstərmək cəhdləri, Suriyada Bəşər Əsədə dəstək, korrupsiya, insan hüquqlarının pozulması və s.




Ana səhifəyə qayıt        Baxış: 953          Tarix: 28-07-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma