“İran işsizlik, qiymətlərin bahalaşması, korrupsiya, su sıxıntısı, sosial uçurum, büdcənin balanssız bölgüsü kimi ciddi problemlərlə üz-üzədir. İnsanların səslərinin eşidilməsinə ehtiyacı var".
Ovqat.com xəbər verir ki, etiraz aksiyalarını dəstəkləyən bu bəyanatı prezident Həsən Ruhaninin mədəniyyət müşaviri Həsaməddin Aşina verib.
Müşavir “Twitter” səhifəsində paylaşdığı statusunda bu fikirləri ifadə edib.
Etiraz aksiyalarına bir başqa dəstək isə İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə Əbtəkardan gəlib. Xanım siyasətçi də “Twitter” paylaşımında etirazçıları müdafiə edib: "İnsanların etiraz haqqı olmaqla bərabər, necə idarə edildiklərini də bilməlidirlər"
Bununla belə, Əbtəkar ABŞ və Səudiyyə Ərəbistanı mərkəzli Twitter istifadəçilərinin İrandakı aksiyaçıları üsyana səslədiklərini xatırladaraq, hər kəsi diqqətli olmağa çağırıb.
Paylaş: