Xəbər lenti

 

2018-ci il şair-publisist Namiq Hacıheydərli üçün uğurlu başlayıb. İlin ilk iş günü yazarın 8-ci kitabı işıq üzü görüb.

“Əski türk soylarından biri – kolanılar” adlanan kitabda sözügedən tayfanın tarixi, yayılma arealı, yetişdirdiyi tarixi şəxsiyyətlərlə bağlı məlumatlar verilir. Oxucular 60-dan çox mənbəyə istinadən hazırlanan əsərdə türk millətinin bu ünlü soyu barədə indiyədək bilinməyən bir çox həqiqətlərlə tanış ola biləcəklər.

Yazarın bildirdiyinə görə, hazırda Güney və Quzey Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində - İraqda, Suriyada, Misirdə, İsraildə, Livanda, Əfqanıstanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyə və Avropanın müxtəlif ölkələrində 100 minlərlə kolanı türkü yaşayır. İnanırıq ki, geniş coğrafiyaya yayılmış qədim türk tayfasını incələyən bu əsər yazarın Azərbaycan tarixçiliyinə verdiyi gözəl töhfələrdən olacaq.

  Namiq Hacıheydərlinin dediyinə görə, araşdırmasını bir kitabla tamamlamaq fikrində deyil. O, mövzuyla bağlı daha fundamental əsərlər ortaya qoymaq niyyətindədir. Kitabın giriş hissəsində də bu niyyətini etiraf edən müəllif yazır: “Qismət olarsa, gələcəkdə kolanı soyu ilə bağlı ayrıca, geniş və əhatəli monoqrafiya – araşdırma toplusu hazırlamaq niyyətimiz var”.

Biz də qələmini yeni əsərlər üçün “itiləyən” qardaşımıza uğurlar arzulayırıq.




Ana səhifəyə qayıt        Baxış: 2 077          Tarix: 9-01-2018, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma