Xəbər lenti

 

 

Güney Azərbaycandan dünyanın müxtəlif ölkələrinə sığınan soydaşlarımız yeni təşkilat yaradıb.

Ovqat.com-un bildirdiyinə görə, Güney Azərbaycan Demokratik Türk Birliyi  adlanan bu təşkilat qarşısına müstəqil və demokratik Güney Azərbaycan hədəfini qoyub.

Yeni təsis olunmuş təşkilat özünün sədrini seçib, quruluş qayesi və məramlarıyla bağlı bəyanat verib. Bəyanatda deyilir.

 

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bildirişi

 

Azərbaycan Türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda  fars şovinizminin əsarətində yaşamağa məhkum edilmişdir. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq və müstəqillik  uğrunda dayanmadan mübarizə aparmışlar. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda Türk milləti özünün ən yüksək oyanış və özünüifadə mərhələsinə çatmışdır. Azərbaycan Türkünün milli mübarizəsi, güneydən gələn haqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxmışdır. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə, Güney Azərbaycanın tanınmış hərəkatçıları Güney Azərbaycan Demokratik Türk Birliyini (GADTB) yaratmışlar. 

GADTB İran adlanan yerdə Türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün Türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoymuşdur. 

Milli və demokratik dəyərələrə üstünlük verən GADTB,  Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB  Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə  mübarizə aparmağa çağırır. 

 

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadə

 

Təşkilatın sədri Əjdər Tağızadə kimdir?

Bir zamanlar BAB idarəçilərindən biri kimi tanıdığımız Əjdər Tağızadə Ərdəbil şəhərinin  Nəmin mahalının  Kanaza kəndində doğulub. İsfahan universitetinin Tarix fakültəsini bitirib. 35 ilə yaxındır ki, Güney Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. 80-ci illərin sonlarından başlanan Quzey Azerbaycanın milli azadlıq hərəkatında fəal iştirak edib. 1997-cil ildə BAB-ın yaranmasında xüsusi xidmətlər göstərib. BAB-da Ə.Elçibeyin siyasi məsələlər üzrə müavini olub. O, hazırda həmçinin, DAK- ın yaradıcılarından biri və İdarə heyətinin üzvü və DAK Daimi Şurasının sədridir.

İsveçdə 80-ci illərdən Azərbaycan Kültür evinin rəhbəridir. İsveçdə “Araz Azərbaycan səsi” radiosunun təsisçisi və rəhbəri olmaqla yanaşı,  Azərbaycan TV-nin İsveçin  resmi dövlət kanalında  4 il rəhbəri olub.

4 övlad atasıdır.

Hazırda İsveçin Malmo şəhərində mühacirətdə yaşayır.




Ana səhifəyə qayıt        Baxış: 2 978          Tarix: 5-10-2017, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma