Xəbər lenti

 

 

"Türkiyəyə bir açıqlama borcumuz var. Suriyanın şimalında sərhəd mühafizə gücü qurmaq barədə söylənənlər tamamilə yanlış təsvir edilmiş və təqdim olunmuş tablodur. Bəzi rəsmi şəxslər tərəfindən bu səhv fikirlər dilə gətirilmişdir. Biz hər hansı sərhəd təhlükəsizlik gücü qurmuruq".

Ovqat.com xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sədri Reks Tillerson mövzuyla bağlı yeni açıqlamasında səsləndirib.

O, Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu ilə Kanadanın Vancouver şəhərindəki Şimali Koreya ilə əlaqədar görüşdə də bu mövzunu geniş bir şəkildə müzkirə etdiklərini bildirib.

Tillersonun fikrincə, ABŞ-ın Suriyada yeganə niyyəti İŞİD-dən azad edilən bölgələrdəki yerli qüvvələrə hərbi təlim verməkdir: "Şimal-qərbi Suriyada və Fərat vadisi boyunca hələ də İŞİD hücumlarının olduğunu görürük, ona görə də yerli qüvvələrə hərbi təlimlər verir, İŞİD-in qaçış yollarını bağlamağa çalışırıq".

Türkiyənin son zamanlar ABŞ-ın Suriyadakı fəaliyyətinə verdiyi sərt reaksiyanı anladıqlarını bildirən Tillerson ABŞ Müdafiə Naziri Ceyms Mattisin də fərqli düşünmədiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, bir neçə saat əvvəl Pentaqon da bənzər bəyanat vermişdi.

http://ovqat.com/manset/16396-pentaqondan-pkk-ya-zrb-terror-ordusu-yaradlmayacaq.html




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 18-01-2018, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma