Xəbər lenti

Mövlud Çavuşoğlu: "Amerika alınan silahları gecikdirir"

Türkiyə parlamentində keçirilən büdcə komissiyasının iclasında səsləndirilən fikirlər geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin silah almaq üçün yeni alternativlər axtardığını dilə gətirib:

“Amerikadan aldığımız silahların çatdırılmasında müəyyən gecikmələr baş verir. Bu səbəbdən də, Türkiyə yeni alternativlər axtarmağa başalayıb”.

Nazir eyni zamanda, Suriyadakı vəziyyət haqqında da bir sıra fikirlər səsləndirib. Onun sözlərinə görə, PKK terror təşkilatının Suriyadakı müttəfiqi hesab olunan “YPG” silahlıları Raqqaya İŞİD dəstələri ilə mübarizə üçün deyil, əksinə, əraziləri tamamilə öz nəzarətinə keçirmək üçün gedib.




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 16-11-2017, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma