Türk tanklarının Suriyanın Afrin vilayətinə girdikləri xəbər verilir.
Ovqat.com-un türk mətbuatına istinadən verdiyi məlumata əsasən, TSQ ASO savaşçılarını dəstəkləmək üçün sərhəddi keçdiklərini açıqlayıb.
Hərbi dairələrdən mətbuata sızdırıldığına görə, yaşayış olmayan bölgələrdə türk əsgərləri ciddi müqavimətlə qarşılaşmayıblar. Terroristlərin kəndlərə çəkildiyi qeyd olunur. Bu isə PKK/PYD silahlılarının “məhəllə davası” taktikasını seçdiklərindən xəbər verir.
“Məhəllə davası” taktikasının məqsədi mülki əhalinin arxasında gizlənərək, qarşı tərəfə qəfil zərbələr endirmək, düşməni müxtəlif tələyə salaraq ona canlı itkilər verdirməkdir. Türkiyə ordusu uzun illər PKK-ya qarşı mübarizədə ciddi təcrübələr qazandığından bu taktikaya uyğun döyüş aparmaq qaydalarını da yaxşı mənimsəyib. Üstəlik, “Zeytun budağı” əməliyyatında onun ən yaxşı silahı bölgə insanlarından formalaşdırılan Azad Suriya Ordusu əsgərləridir. Hər iki amil Türkiyənin bu əməliyyatı uğurla başa çatdıra bilməsinin təminatıdır.
Kürd separatçılarına gəlincə, dünyadan umduqları dəstəyi ala bilməmələri terrorçularda ciddi ruh düşkünlüyü yaradıb. DSG arasında bəzi ərəb silahlılarının yer almasının da ciddi qopmalara səbəb olacağı ehtimalı var. Bu da separatçıların dirəniş gücünü daha da azalda bilər.
Bütün bu amillər “Zeytun budağı” əməliyyatının gözləniləndən daha tez və asan öz hədəflərinə çatacağına inam yaradır.
Paylaş: