Xəbər lenti

                                                            

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya ordusu” müxalifət birləşmələrinə dəstək göstərir.

 “Hürriyət” nəşri xəbər verir ki, bu barədə hərbi mənbə məlumat yayıb.

Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə şənbə günü Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan “Azad Suriya ordusu” qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.//Perort




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 21-01-2018, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma