Xəbər lenti

 

Mosulun İŞİD işğalından xilas olunmasının üstündən 6 ay keçib. Amma mosullular İŞİD kabusundan hələ də xilas olmayıblar.

Ovqat.com-un yerli mətbuata istinadən verdiyi məlumata görə, indi İŞİD-çilər əməliyyat sırasında dağılmış binaların altındakı cəsədləriylə ətrafına pis qoxu və xəstəlik saçırlar.

İndiyədək Mosulda qağıntılar altından 450 İŞİD-çi cəsədinin çıxarıldığı xəbər verilir. Amma hələ yüzlərlə cəsədin təhlükə mənbəyi kimi qaldığı bildirilir. Keçən 6 ay ərzində çürümüş cəsədlər ətrafa elə kəskin qoxu yayır ki, bu, təmizləmə əməliyyatına da mane olur. Dağıntıları aradan qaldırmaq üçün şəhərə göndərilmiş işçilər üfunətdən fəaliyyətlərini davam etdirə bilmirlər.

Yerli əhalidən bəziləri evlərinə qayıtsalar da, ətrafı bürüyən cəsəd qoxusundan xəstəlik tapacaqlarından narahatdırlar. Onları ən böyük qorxusu isə havalar isinənə qədər şəhərin müharibə dağntılarından tam təmizlənə bilməməsi ehtimalıdır. Bu zaman cəsəd iyinin daha kəskin artacağından və Mosulun yaşanmaz hala gəlməsindən ehtiyat edilir. Üstəlik, meyitlərin yayacağı taun və s. kimi xəstəliklər də yerli sakinlərin böyük bəlasına çevrilə bilər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 24-01-2018, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma