Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Telafərin İŞİD işğalından azad olunmasından sonra pərən-pərən düşən “xilafətçilərin” bir çoxu şiə Həşdi Şabinin əlinə keçməkdənsə kürd peşmərgələrinə sığınmışdı. Yüzlərlə bu cür könüllü əsir düşən İŞİD-çi olduğu bildirilirdi.

İŞİD-çilər kürd peşmərgələrinə sığınarkən, yəqin ki, canlarının təhülkəsizliyinə ümid edirdilər. Şimali İraqdan gələn xəbərlər isə yağışdan qaçan İŞİD-çilərin yağmura yaxalandıqlarını göstərir.

Ovqat.com Şimali İraq mətbuatına istinadən xəbər verir ki, peşmərgələrin mərhəməti də İŞİD-vari olub. Yəni “xilafət” əhli elə şəriətlərinə görə edam olunublar.

 Verilən məlumatlara görə, ən azı 400 İŞİD-çi kütləvi şəkildə öldürülüb və qazılan çuxurlara gömülüblər. Onlardan bəzilərinin başı kəsilib, bəziləri isə yerə oturdularaq güllələnib.

Şəkillərdən də görünür ki, edama məruz qalan “xilafət” əhli kişi cinsinə məxsus olanlardır. Bu da təsadüfi deyil. İŞİD-vari cəza anlayışında kişilər öldürülür, qadınlar isə “cihad nigahı” adıyla cinsi istismara layiq görülürdülər. Əgər eyni qayda peşmərgələr tərəfindən tətbiq ediləcəksə, qadın vəhabilərin işi bundan sonra da xeyli şuluq olacaq.

 

Əsir düşən İŞİD-çilər arasında azərbaycanlılar da var.




Ana səhifəyə qayıt        Baxış: 3 376          Tarix: 5-09-2017, 07:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma