Salih Müslimi Türkiyəyə ekstradisiya etmək tələbini Çexiya xarici işlər nazirinin köməkçisinə çatdırdıq. Bununla əlaqədar lazımi sənədlər ən geci 18 gün ərzində tamamlanacaq və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Çex Respublikasına göndəriləcək”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyənin Praqadakı səfiri Əhməd Necati Bigalı, Salih Müslimin Çexiyada saxlanılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə və Çexiya “Cinayətkarların ekstradisiyasına dair 1959-ci il tarixli Avropa Konvensiyası” və “Terrorizmlə mübarizə haqqında 1977-ci il tarixli Avropa Konvensiyası”nın tərəfdaşları olduğu üçün Müslimin ekstradisiya edilməsi lazımdır: “Hər iki konvensiya tərəfdaş ölkələrdən qeyri-siyasi cinayətlərdə ittiham olunan şəxslərə ölüm hökmü verilməyəcəyi şərtiylə şübhəlilərin digər tərəfdaş ölkəyə təhvil verilməsini tələb edir”.
Konvensiyalara görə, Salih Müslimin müvəqqəti həbsi 40 gün davam edəcək. Bu müddət ərzində Türkiyə tələb olunan sənədləri Çex məhkəmələrinə təqdim edə bilməsə, müvəqqəti həbs ev həbsiylə əvəzlənəcək.
Paylaş: