Xəbər lenti

Myanmada 116 sərnişini olan bir hərbi təyyarənin itdiyi bildirilib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Myanma Baş Qərargah Rəhbərliyindən edilən açıqlamada 116 nəfəri daşıdığı bildirilən hərbi təyyarənin itdiyi açıqlanıb. Təyyarənin saat 10.05-də Myeik şəhəri ilə paytaxt Ranqun arasındakı bölgədə, Andaman dənizi üzərində itdiyi qeyd olunub. 
Bəyanatda "Davei qəsəbəsinin 32 km qərbinə çatanda təyyarəylə ünsiyyətimiz birdən kəsildi" deyilir. 
Təyyarədə 11 ekipaj və 105 sərnişin olduğu deyilir. 
Baş qərargah rəhbərliyi axtarış və xilasetmə işlərinin də başladığını bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 7-06-2017, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma