Xəbər lenti

 Qazaxıstanda təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnformburo.kz" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tibb personalının olduğu AN-28 təyyarəsi Almatıdan Şımkəndə uçarkən Şamalqan ərazisində radarlardan itib.

Təcili xidmətlər alovu lokallaşdırmaq üçün təyyarənin qəzaya uğradığı hadisə yerinə cəlb ediliblər. Bu barədə isə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmanqulov bildirib.

Hadisə zamanı təyyarədə 5 nəfər olub. Onların sonrakı taleyi barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 4-10-2017, 06:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma