Xəbər lenti

 Ordubadi adına Naxçıvan Muxtar Pespublika kitabxanasında 21 mart “Beynəlxalq Poeziya günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublika Mədəniyyət və Turizm nazirinin müavini Rəşad Xudiyev açaraq muxtar respublikanın ədəbi inkişaf yollarından  danışmış, bu sahədəki uğurlardan söhbət açmışdır.
      Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Ədəbiyyatımız dünən və bu gün” mövzusunda məruzə ilə çıxış etmişdir.Natiq muxtar respublikada yaşayıb-yaradan yazıçıların yaradıcılıq yoluna işıq salmış və qeyd etmişdir ki, Sovetlər Birliyi dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi Birlik qzvlərinin sayə 70-nəfərə çatıb. Bu da bir daha onu göstərir ki, indi ədəbiyyat adamlarına daha çox qayğı göstərilir, onların yazıb-yaratması üçün Muxtar Respublika rəhbərliyi tərəfindən hər cür imkan və şərait yaradılır.
     Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Poeziyada milli inkişaf”, “Şərur Ədəbi Birliyi” nin rəhbəri, şair İbrahim Yusifoğlu “Şərur Ədəbi Birliyinin inkişaf yolları” mövzusunda məruzə ilə çıxış etmişlər.
    C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Azərbaycan və dünya ədəbiyyatından tərcümələr bədii qiraət edilmişdir.
  Daha sonra Muxtar Respublika yazıçılarının son illər nəşr olunan kitablarının sərgisinə baxış keçirilmişdir.
  Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 263          Tarix: 18-03-2018, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma