Xəbər lenti

    

Hər bir ölkə öz əsgərinin döyüş ruhunu artırmaq, onu mənəvi-psixoloji cəhətdən uğurlu əməliyyatlara hazırlamaq üçün müxtəlif tədbirlərə əl atır. Bu tədbirlərdən biri də ölkənin sənət adamlarının, şair və yazıçılarının, tanınmış ziyalılarının cəbhə bölgələrində hərbçilərlə görüşünü keçirmək, beləcə, həm ordu mənsublarının istirahətini təmin etmək, həm də onların milli vətənpərvərlik ruhlarını möhkəmləndirməkdi. Döyüş əzmini artıran bu cür mədəni tədbirlərin əhəmiyyəti o qədər böyükdür ki, vaxtilə II Dünya müharibəsində cəbhə bölgələrinə görüşə yollanan Səməd Vurğun öz səfərini cihad kimi xarakterizə edərək yazırdı: “Müsəlləh əsgərəm mən də bu gündən”.

Bu gün də Azərbaycanın tanınmış şəxsiyyətləri sələflərindən yadigar qalan ənənəni davam etdirirlər. Zaman-zaman bir sıra tanınmışların cəbhə bölgələrinə səfərləri, əsgərlərin hüzurunda çıxış etdikləri barədə mətbuatdan xəbərlər oxuyuruq. “Müsəlləh əsgər” kampaniyası keçirən qurumlardan biri də  "Azərbaycan Yazarlar Klubu"dur.

 

Klubun Ovqat.com-a verdiyi məlumata görə, təşkilat üzvləri bu günlərdə cəbhə bölgələrinə səfər ediblər.

“Canımız Qarabağ, Yazımız Qarabağ" lahiyəsi çərçivəsində Xocavənd, Beyləqan, Ağcabədi rayonlarında maraqlı görüşlər keçirən qələm adamları yerli sakinlərin və N saylı hərbi hissənin əsgərləri qarşısında çıxış ediblər. Yerli sakinlər və əsgərlər görüşlərinə gələn Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri yazıçı Elçin Hüseynbəylini, AYB hərbi vətənpərvərlik bölməsinin rəhbəri şair-bəstəkar Şahin Musa oğlunu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi şair İlqar Türkoğlunu, yazıçı, şair Aləm Kəngərlini qonaqpərvərliklə qarşılayıblar. Yazarlar çıxışlarını öz yaradıcılıqlarından nümunələr səsləndirməklə yekunlaşdırıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 7-08-2018, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma