Xəbər lenti

“Qeyri-hökumət təşkilatlarına ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Son bir neçə həftə bir daha təsdiqləyib ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum olub ki, guya kənd təsərrüfatına, əlillərin qayğısına qalmalı olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər ehtiyac duyduqda dərhal mitinqlərə çıxarılaraq milli maraqlara qarşı çıxdılar”, - Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək mitinqində deyib.

Qeyd edək ki, Tbilisidə, Rustaveli prospektində parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə dəstək aksiyası keçirir.

Artıq nümayişçilər qarşısında Gürcüstanın baş naziri İrakli Kobaxidze, partiyanın rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze, eləcə də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 987          Tarix: 29-04-2024, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma