Xəbər lenti

Azərbaycan Ordusunun bölmələrinin Qazaxın işğal altında olan 7 kəndindən azad edilən anklav olmayan 4 kəndinə daxil olduğu haqda iddia yayılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası tirajlayıb.

Bildirilib ki, faktı yerində yoxlamaq üçün erməni deputat Qarnik Danielyan Əskiparaya gedir.

Xatırladaq ki, Ermənistan rəsmi olaraq sərhədin Tavuş hissəsində delimitasiya prosesinin tamamlandığını bildirmişdi. Bu isə o deməkdir ki, artıq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərinin geri qaytarılması prosesi tamamlanıb.




Ana səhifəyə qayıt        Baxış: 5 030          Tarix: 28-04-2024, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma