Xəbər lenti

“Şimali Atlantika Alyansı (NATO) heç vaxt Rusiyaya qarşı planlar qurmayıb və gələcəkdə də bunu etməyəcək”.

Belə bir bəyanatla ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun tədbirində çıxış edib.

“Əvvəl də qeyd etdiyim kimi, NATO - müdafiə alyansıdır. Onun Rusiyaya qarşı heç bir qərəzli niyyəti yoxdur, heç vaxt olmayıb və olmayacaq”, - deyə Blinken bildirib.

O, həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansı əvvəlkindən daha güclü və böyükdür, çünki Finlandiya və İsveç alyansa daxil olub.

Xatırladaq ki, 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri Rusiyanı təhlükəsizliyə ən ciddi və birbaşa təhdid adlandırıblar və Rusiya ilə münaqişə olacağı təqdirdə Soyuq Müharibənin bitməsindən sonra ilk müdafiə planını təsdiqləyiblər.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 4 151          Tarix: 29-04-2024, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma