“Suriyanın İdlib şəhərinə düzənlənəcək hərbi əməliyyatla bağlı ABŞ-la danışıqlarımız davam edir”.
Ovqat.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Serqey Lavrov Səudiyyə Ərəbistanılı həmkarı Adil əl-Cübeyr ilə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib.
Rusiyanın İdlib məsələsinin həllində Türkiyə ilə son dərəcədə fəal şəkildə çalışdığını ifadə edən Lavrov hər iki tərəfinin İdilibdə keçiriləcəyi gözlənilən əməliyyatla bağlı fikir mübadiləsi apardıqlarını gizlətməyib.
O, Qərb ölkələrinin də terrorla mübarizə əməliyyatlarına mane olmamasını gözlədiklərini etiraf edib.
Qeyd edək ki, Suriya və Rusiyanın birgə planlaşdırdıqları İdilib əməliyyatına ABŞ kəskin qarşı çıxır, əks halda kimyəvi silahlardan istifadəni bəhanə gətirib Suriyanı vuracağını gizlətmir.
Paylaş: