Xəbər lenti

 

“Mən Prezident İlham Əliyevin sərəncamına hörmətlə yanaşıram. Mən həmişə Heydər Əliyevin və İlham Əliyevin ideyalarının tərəfdarı olmuşam və olacağam. Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”.

“Azərenerji”nin sabiq başçısı Etibar Pirverdiyev bunu virtualaz.org-a öz istefasını şərh edərkən deyib.

İstefasının Mingəçevirdəki qəzanın nəticələri ilə bağlı olub-olmadığı barədə suala cavab verərkən Etibar Pirverdiyev qeyd edib ki, Dövlət Komissiyasının rəyinə hörmətlə yanaşır, hərçənd nüfuzlu beynəlxalq komissiyaların nümayəndələri də müvafiq rəylərini vermişdilər.




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 4-09-2018, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma