Xəbər lenti

 

Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

 

"Marja" xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 

 

Qeyd edək ki, Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

 

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdi.


Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdı.

 

Hadisədən sonra iclas keçirmiş Prezident İlham Əliyev Etbar Pirverdiyevi danlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 4-09-2018, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma