Xəbər lenti
 
Ölkənin tanınmış QHT sədri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ABŞ Konqresinin üzvü cənab Alsee Hastinqsə təşəkkür məktubu ilə müraciət edib. 
Orduxanlının Moderator.az - a verdiyi açıqlamaya görə, bu gün özünün facebook səhifəsində QHT sədrlərinə də bununla bağlı müraciət edib: 
“Hörmətli vətəndaş cəmiyyətinin nümayəndələri, siyasətçilər, jurnalistlər və dostlar, sizin hər birinizi ABŞ Konqresinin üzvü cənab Alsee Hastinqsə təşəkkür məktubu ünvanlamağa dəvət edirəm! Məlumat üçün deyim ki, ABŞ konqresinin üzvü Alsee Hastinqs Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması barədə acıqlamasına görə bu gün ermənilərin kəskin hücumlarına məruz qalmaqdadır. Biz bir mənəvi borc olaraq konqresmenə dəstək məktubları göndərib, millətimiz adından dərin təşəkkürümüzü bildirməliyik. Düşünürəm ki, bu, dövlət maraqlarımız üçün son dərəcə önəmlidir. Hörmətli konqresmen görməlidir ki, Azərbaycan vətəndaşları onun təklifini çox müsbət qarşılayır. Alsee Hastinqsin elektorn ünvanını da sizlərə təqdim edirəm. 
Xahiş edirəm, təklifimi dəyərləndirin və dəstək məktubunuzu bu ünvana göndərin: [email protected]
Həmçinin də bu müraciətimi özünüzün facebook səhifəniz də və digər sosial şəbəkələrdə yayın. Nə qədər təşəkkür müraciət çox olunsa, bir o qədər dövlətimiz üçün müsbət nəticəsi olar...”



Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 9-03-2019, 01:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma