Xəbər lenti

 

Bu gündən etibarən ali məktəblərə ixtisas seçimi başlayib. Ötən illərdən fərqli olaraq bu il imtahan mexanizminin dəyişdirilməsi seçim edənlərdə bəzi suallar yaradıb. Çünki dövlət sifarişli yerlərin sayının artırılması, həmçinin 500-dən yuxarı bal toplayanların sayının aşağı olması builki seçimlərə ciddi təsir edəcək.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər bəzi ixtisaslarda balların aşağı düşəcəyini ehtimal edirlər.

Hesab edilir ki, plan yerlərinin sayının artırılması və imtahan nəticələrinin əvvəlki illərə nisbətən aşağı olması keçid ballarına təsir edəcək.

Təhsil ekspertlərinin fikrincə, bu il bəzi ixtisaslarda keçid ballarının aşağı salınması gözlənilir. Eyni zamanda dövlət sifarişli yerlərin sayının artırılması da abituriyentlərin tələbə adını qazanmaq şanslarını artırır.

Təhsil üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, hər bir abituriyent ixtisas seçərkən əsas istiqamət kimi Dövlət İmatahan Mərkəzinin rəsmi məlumatlarını əsas götürməldiir.

Qeyd edək ki, ixtisas seçimində hər bir abituriyentə 15 seçim imkanı verilir. İxtisas seçimi avqust ayının 6 -na qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 25-07-2019, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma