Xəbər lenti

 

“Kiyev İsrailin azad ticarət zonası haqqında razılaşmanı təsdiqləməsini və tərəflərin onun genişlənməsi üzərində işə başlamasını gözləyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra brifinq zamanı deyib:

“Bizim ümumi ticarət dövriyyəmiz bir milyard ABŞ dollarını keçib. Heç bir şübhə yoxdur ki, tezliklə bu rəqəm İsrail tərəfindən ratifikasiya edilən Ukrayna və İsrail arasında malların sərbəst ticarəti haqqında sazişin imzalanması sayəsində artacaq”.

O qeyd edib ki, Netanyahu ilə gecikmədən xidmət sahəsində işləri genişləndirmək barədə razılıq verib.

Ukrayna prezidenti həmçinin İsrail şirkətlərini Ukrayna infrastrukturuna, tibb, təhsil, enerjiyə qənaət və IT sferasına sərmayə qoymağa çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 19-08-2019, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma