2019-cu ilin iyun, iyul və avqust ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 4738 müraciət daxil olub”.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, müvafiq dövrdə qida zəhərlənmələri ilə bağlı Agentliyə 119 müraciət daxil olsa da, onlardan yalnız 36-sı öz təsdiqini tapıb:
"Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Qida zəhərlənmələri ilə bağlı məlumatların 89-u Bakı şəhəri (24-ü öz təsdiqini tapıb), 16-sı Sumqayıt şəhəri, 6-sı Abşeron, 1-i Tovuz, 1-i Xaçmaz, 1-i Quba, 1-i Lerik, 2-si Qəbələ, 1-i Şabran, 1-i İsmayıllı rayonundan daxil olub”.
Paylaş: