"İran Azərbaycana qarşı növbəti xəyanətə yol verdi".
Eurasia Diary xəbər verir ki, bunu Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli Tehranda keçirilən 51-ci Erməni Olimpiadasına işğal olunan Dağlıq Qarabağ ərazilərindən də erməni idmançıların "müstəqil dövlətin" komandası kimi qatılmasına münasibət bildirərkən deyib.
Onun spzlərinə görə, 2016-cı ildən bu olimpiadaya qatılan Qarbağ erməniləri bu il də sərbəst şəkildə “müstəqil dövlət”in nümayəndələri kimi iştirak edirlər:
"Olimpiada İranda “Ararat” klubu tərəfindən həyata keçirilir. Bu idman klubu ümumerməni birliyinin İranda əsasən Azərbaycanın həm Güneyinə, həm də Quzeyinə yönəlik idman adı altında terror çətələri hazırlayan şəbəkəsidir. Bu klub Ermənistanla sıx əlaqədə olmaqla, Ermənistan xüsusi xidmət orqanlarının göstərişlərini həyata keçirir. Azərbaycanın Güney və Quzeyindən olan bütün fəalların adları olan siyahı bu klub rəhbərliyinin əlindədir. Onları hər an təhlükə gözləyir. Əslində, “Ararat” klubu erməni çətələrini yönləndirən və İran adlı qondarma dövlət üçün də azərbaycanlılara qarşı olan bir klubdur. Yadınızdadırsa, daşnak Paşinyan məhz bu klubu ziyarət etmişdi. Azərbaycana qarşı bu silahdan istifadə edən İran Fars Molla rejimi bilə-bilə ki, bu klub həm də İranın təhlükəsizliyinə təhlükə törədir, onun fəaliyyətinə hər cür şərait yaradır".
D.Əzimli qeyd edib ki, İran adlı qondarma bir dövlətdə azərbaycanlıların milli hərəkatının yüksəlməsi Fars Molla rejimini qorxuya saldığından bu cür klubların inkişafına hər cür şərait yaradır.
"Bir neçə gün bundan qabaq Kərbəla faciəsinin ildönümün qeyd edib, yasa batan Fars Molla rejimi indi də atəşfəşanlığa bürünübdür. Saxta dinçilikdən istifadə edən bu rejim dini münasibətlərə də ləkələr vurmaqdadır. Bu qondarma rejimin rəsmiləri iddia edir ki, bizim bundan xəbərimiz yoxdur. Bunu “Ararat” klubu edir. Onlardan soruşuruq ki, nə əcəb “Traxtur” taqımının bütün oyunlarından xəbəriniz olur. Oyuna getmək istəyən bir qızcığaza olmasın əzablar verdiniz. O, da intihar etdi. Bəs necə olur ki, bu idman yarışlarına erməni qızları asanlıqla qatılırlar? Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, bu İran adlı qondarma dövlət rəhbərlərinin Bütöv Azərbaycan hərəkatına qarşı yönəlik addımlarıdır. Bütöv Azərbaycanın reallaşmasından qorxuya düşən rejim şeytanla da əməkdaşlığa hazırdır.
Hesab edirik ki, İran adlı qondarma dövlət rəhbərliyinin bu hərəkəti pislənməli və Fars Molla rejiminə qarşı etirazlar güclənməlidir. İran adlı qondarma dövlətin Fars Molla rejiminin orada yaşayan xalqlara ermənilərdən fərqli olaraq ayrı-seçkilik münasibət göstərməsi, bu qondarma dövlətdə yaşayan digər xalqları da azərbaycanlılar ətrafında birləşdirməlidir. Nəyə görə, yalnız ermənilər!!! Görəsən mərkəzi Təbriz olmaqla ümumazərbaycanlıların idman olimpiadasını İran adlı qondarma dövlətdə keçirməyə Fars Molla rejimi icazə verərmi? Üzümüzü həm də Azərbaycan Xarici İşlər Nazirliyinə tutaraq tələb edirik ki, İran adlı qondarma dövlətin Fars Molla rejimindən bu olimpiada da Qarabağ ermənilərinin idmançılarının iştirakı məsələsinə aydınlıq tələb etsin!!!", - deyə BAO başqanının müavini bildirib.
Paylaş: