Xəbər lenti

Dilavər Əzimli: “Krım türkləri ilə bağlı məsələ daim Azərbaycanın gündəmində olmalıdır”

Mayın 18-i Krım türklərinin 1944-cü ildə reallaşan sürgününün növbəti ildönümüdür. Krım tatarlarının başına gətirilən bu olayların Azərbaycanda da hansısa tədbir və mərasim formasında xatırlanmasına ehtiyac varmı? Rusiyanın tarixi anti-türk siyasətini ifşa etmək baxımından Krım faciəsinin təbliği nə dərəcədə önəmlidir?

Ovqat.com xəbər verir ki, Moderator.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqları başqanının ideologiya məsələləri üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Krım türklərinin  başına gətirilən müsibətlərin Azərbaycanın diqqət mərkəzində olmasının vacibliyinə toxundu:

“Tarix boyu Krım türkləri Azərbaycanla bağlı olmuşdur. Ən qədim zamanlardan Oğuz yurdu olan Krımda yunanların skiflər adalnadırdığı türklər yaşamışdır. Krım türkləri tarixin bütün mərhələsində öz sözünü demişdir. Ruslarda onlara qarşı daimi nifrət olmuşdur. Çünki onlar Krım türklərinə qulluq etmiş, onların nökərləri olmuşlar. Krım xaqanlığı dəfələrlə Moskva üzərinə yürüş etmiş və onları cəzalandırmışlar. Bu da səbəbsiz deyildi. Çünki ruslar daima xəyanət edirdilər. Bu gün Rusiya oranı təkcə işğal etməyibdir. Oranın tarixini də təhrif edir. Öz dərsliklərində elə göstərirlər ki, guya Krım türkləri moğollar zamanından burada yurd salmışlar. Əslində, bu işğala haqq qazandırmaqdır. Krım moğolların oralara gəlməsinə qədər türk yurdu olmuşdur. Ermənilər kimi başqa torpaqları işğal edib özünə vətən düzəldən Rusiya Krıma qarşı bu gün də işğalçlıq siyasəti aparır. 

Keşmiş SSRİ-də repressiyaya məruz qalan və acınacaqlı həyat yaşayan türklər sırasına Krım türkləri də daxildir. Krım türklərinə qarşı aparılan genosid ümumtürk dünyasına qarşı aparılan genosidin tərkib hissəsidir. 1944-cü ilin mayın 18-də onları ana yurdlarından didərgin saldılar. SSRİ rəhbərliyi bu köçürməni ən vəhşi üsullarla həyata keçirdi. Nə qədər yaşlı insanlar, uşaqlar tələf edildi. Bu, əsl soyqırım idi. Bu gün də Rusiya həmin siyasəti həyata keçirir. Krım türklərinin məktəbləri bağlanır və onlar əridilir, ruslaşdırılır. Hesab edirik ki, bu məsələ Azərbaycanın daima gündəmində olmalıdır. 1944-cü il mayın 18-də baş verənlərlə bağlı tədbirlər həyata keçirilməlidir. Televiziya və radiolarda bunun mahiyyəti açıqlanmalıdır. Hesab edirik ki, bu gün Rusiya işğalında yaşayan Krım türkləri üçün bundan böyük hədiyyə ola bilməz. Onlar da bundan qürur hissi keçirərlər. Biz bunu etməyə məhkumuq”.

 




Ana səhifəyə qayıt        Baxış: 946          Tarix: 15-05-2017, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma