Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.
DSX-dən "Report"a bildirilib ki, zabit, gizir qismində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq arzusunda olan aşağıdakı ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.
- Həkim-ümumi cərrah;
- Həkim-otorinolorinqoloq;
- Həkim-epidemioloq;
- Həkim-terapevt;
- Həkim-infeksionist;
- Həkim-rentgenoloq;
- Həkim-statistik;
- Həkim-travmatoloq-ortoped;
- Həkim-anestezioloq-reanimatoloq;
Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:
- Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Xidmətə qəbul olmaq istəyənlər Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdır.
Qeyd edək ki, xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Paylaş: