Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürülüb. Bununla bağlı artıq nazirlikdə xüsusi komissiya yaradılıb. Bildirilir ki, “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.
“Mən təklif edərdim ki, bu cür halların aşkarlandığı şəxslər cərimələnsin”.
Ovqat.com bildirir ki, bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli bildirib. Onun sözlərinə görə, baş verən neqativ halların araşdırılması çox düzgün qərardır:
“Həqiqi hərbi xidmətə çağırışla bağlı qaydalardan biri də tibbi müayinədir. Tibbi müayinə hərbi xidmətə çağırılan şəxsin həkim müayinəsindən keçməsidir. Səfərbərlik Xidməti cağırışçılarının həqiqi hərbi xidmətə çağırışını tənzimləyən, onu həyata keçirən bir qurumdur. Bu qrumun daxilində tibbi komissiya var. Tibbi komissiya cağırışçıların sağlamlığı ilə bağlı vəziyyəti araşdırır, qərar verir, sonra isə həmin şəxs həqiqi hərbi xidmətə gedir. Əvvəllər sağlamlığı yerində olan, lakin səhhətində hər hansı bir problemi olduğu göstərilən şəxslərə saxta sənədlər hazırlanırdı. Komissiyalar bu cür qeyri-qanuni qərarlar verirdi. Lakin Səfərbərlik Xidməti yaranandan sonra bu problemlər həllini tapdı. Artıq hərbi xidmətə çağırış prosesi şəffav şəkildə həyata keçirilir.
Əlbəttə, bəzi şəxslərin həqiqətən də sağlamlığında problem olduğuna görə, onlara möhlət hüququ verilib. Amma Səfərbərlik Xidməti yaranana qədər baş verən neqativ halların araşdırılması çox düzgün qərardır. Hesab edirəm ki, Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti bu məsələdə birgə fəaliyyət göstərir. Bu gün sağlamlıqları yerində olmasına baxmayaraq, hərbidən yayınan vətəndaşlarımız var. Hətta yaşı 40-45-ə çatan belə şəxslər çoxdur. Mənim isə təklifim ondan ibarətdir ki, həmin şəxslər cərimə olunsunlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar