Xəbər lenti

 

İrandan Azərbaycan təxliyə edilmiş vətəndaşlarımız dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə edirlər.

 

İrandan Azərbaycana təxliyə olunan Rasim Sabitovun qardaşı Rüstəm Sabitov deyir ki, koronavirus təhlükəsi ilə bağlı qardaşından çox narahat olublar:

 

"Ümidimiz yox idi ki, qardaşım təxliyə olunar. Azərbaycanın İrandakı səfirliyinə müraciət etdik və qardaşımın təxliyə olunmasını xahiş etdik. Müraciətimizə dərhal cavab verildi və Azərbaycan Prezidentinin tapşırığı ilə qardaşım dərhal təxliyə olundu. Əslində qardaşım da bu tezliklə təxliyə ediləcəyinə inanmırdı. Amma sağ olsun Azərbaycan Prezidenti cənab İlham Əliyev, İrandakı Azərbaycan vətəndaşlarının təxliyəsinə göstəriş verdi, səfirlik bu tapşırığı icra etdi. Dövlət başçısı bir daha sübut etdi ki, o bütün hallarda hər bir Azərbaycan vətəndaşının yanındadır və istənilən vaxt hər birimizi istənilən təhlükədən qurtara bilir. Prezident İlham Əliyevə ailəmiz adından təşəkkür edirəm. Azərbaycan Prezidenti hər an, hər birimizin probleminə operativ reaksiya verir və problemin həllinə çalışır".

 

Qeyd edək ki, Syabitov Rasim Axmedjanoviç uzun illərdir ağır diabet xəstəliyindən əziyyət çəkdiyini bildirərək, sözügedən xəstəlik nəticəsində ayağında yaranmış qanqrena simptomlarının müalicəsi üçün İrana gəlib. Tehran şəhərində müalicəsi başa çatdıqdan sonra vətəninə qayıtmaq üçün müraciət edib. Rasim Syabitov səhhətinin zəif olduğunu və onun fiziki vəziyyəti nəzərə alınaraq Azərbaycanda karantin zamanı xəstəliyinə uyğun məqbul şəraitin yaradılmasına köməklik göstərilməsini xahiş edib. Həmçinin, onu müşayiət edən həyat yoldaşı Syabitova Minuryanın da karantin müddətində onun yanında olmasına yardımçı olmağı xahiş edib. Rasim Syabitovun müraciəti nəzərə alınaraq, onların Azərbaycana təxliyəsi 13.03.2020-ci ildə həyata keçirilib və Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 263          Tarix: 22-03-2020, 00:00      


Paylaş: