Xəbər lenti

 

Moskva Səhiyyə Departamenti COVİD-19 xəstələrinin evdə sağaldıla biləcəyini açıqlayıb və onlara necə qulluq edilməsi barədə ətraflı məlumat verib. Həmin qaydaları təqdim edirik.
Kimlər xəstəxanaya yatırılmalıdır?

Temperaturu 38,5-dən yuxarı olanlar, nəfəs darlığı çəkənlər, qanda oksigen faizi 93%-dən aşağı olanlar, 65 yaşdan yuxarı yoluxanlar, xroniki xəstəliyi olanlar və hamilə qadınlar, risk qrupuna daxil olan şəxslərlə eyni evdə yaşayan COVİD-19 xəstələri.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com
Kim evdə müalicə ala bilər?

Risk qrupuna daxil olmayanlar və virusu yüngül keçirənlər, eləcə də risk qrupuna daxil olsa da, xəstəlik əlaməti göstərməyənlər. Yoluxmuş insanlarla eyni evdə olanlar özlərini evdə təcrid etməli, başqaları ilə görüşməməlidirlər.

Temperaturu 38,5-dən yuxarı olanlar, nəfəs darlığı çəkənlər, qanda oksigen faizi 93%-dən aşağı olanlar, 65 yaşdan yuxarı yoluxanlar, xroniki xəstəliyi olanlar və hamilə qadınlar, risk qrupuna daxil olan şəxslərlə eyni evdə yaşayan COVİD-19 xəstələri.

14 gün ərzində hər 12 saatdan bir Lopinavir + Ritonavir qəbul etməli.

Patogen müalicə. Bol maye içməli, parasetamol qəbul etməli (qızdırma varsa), vəziyyət çox pis olarsa, təcili yardım çağırmalı. Evdə müalicə alanlar üçün teletibbi konsultasiya təşkil olunur.

Xəstələrin özünü təcrid qaydalarında deyilir ki, onlar 14 gün ərzində evi, yaşayış yerini tərk etməməli, analizlər verməli, maskasız gəzməməli, ayrıca otaqda qalmalıdır.

COVİD xəstələrinə necə qulluq etməli?

Xəstə yaxşı havalandırılan otaqda tək qalmalıdır. Xəstə sağlam olan xroniki xəstəlikləri olmayan bir nəfər xidmət etməlidir. Xəstə ilə kontaktda olduqdan sonra əl və üz dizenfeksiya edilməlidir. Xəstə və köməkçisi mütləq maskada olmalıdırlar. Xəstənin toxunduğu əşyalar dizenfeksiya edilməli, əlcək və maska hər gün dəyişilərək atılmalıdır. Xəstənin istifadə etdiyi qabları ayrı saxlamaq, tez-tez dezinfeksiya etmək lazımdır. Tullantılar hava keçirməyən plastik paketlərdə saxlanılıb xüsusi qablara atılmalıdır. \\Bizimyol.info




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 25-03-2020, 19:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma