Xəbər lenti

Nə yaxşı ki varsınız,
əzizlərim,yaxınlarım,rəfiqələrim,
qələm dostlarım,doğmadan doğmalarım:
                     VAR
Dərdimi açdığım anam,bacımsan,
Ümid çırağımsan,işıq ucumsan.
 Bir gün qəm hıçqırıb, kədər uçunsam,
 Sənin tək özümə qaytaranım var.

Mən tufan adladım bahar ömrümdə,
Mən axşam yaşadım səhər ömrümdə.
Səksən il kənd keçdim şəhər ömrümdə.
 Bəxtim tək il yatıb,ay duranım var.

Nə qəm hücrəsinin zəvvarı oldum,
Nə sevinc kamına süvari oldum.
Sərsəm bir taleyin çaparı oldum,
 Dizimdə qismət tək vay vuranım var.

Elə acısıyla bəsləyir məni,
Biganə-biganə əsnəyir məni.
Bir nida qeybdən səsləyir məni:
 "Haqqın qulağına hayqıranın var."
                                    2020
          DƏRDİNİ
Kimə ağlayasan,kimə yanasan,
Nə nəvə,nə nənə, nə də anasan.
Hər yanda hamını simsar sanasan,
 Biri bağlamaya yara dərdini.

Yandıran, yaxılan oda dönəsən,
Hər yerdə anılan ada dönəsən.
Kimə üz tutasan, yada dönəsən,
 Elə geyinəsən qara dərdini.

Bir nəvə həsrəti ömrə nənəsən,
Elə öz içindən şölələnəsən.
Dərd sənə, sən dərdə şələlənəsən,
 Çəkib aparasan hara dərdini.

Bu karvan ömürün sarvan adıına -
Yazasan təkliyi fərman adına.
Düz dünya quruya dərman adına,
Dərdinə edəsən çarə dərdini.
                                  2020
     
       ALQIŞ
Gah yağış yağacaq,gah qar səpəcək,
Göyün sinəsində nə var,səpəcək.
Dünyanın başına bahar səpəcək,
 Təzə il Novruzdur,Novruza alqış.

Dinəcək yaşılı yarpaq əllərin,
Qargülü,bənövşə - torpaq əlləri.
Düşəcək başından papaq əlləri,
 Dağın zirvəsində o buza alqış.

Döyür qapıları axır çərşənbə,
Əfsanə çərşənbə,nağıl çərşənbə.
Dolur papaqlara noğul çərşənbə,
 Yeni halımıza,günümüzə alqış.

Lalələr - titrəşən al qumaş daha,
Bir Yanardağ olar yal-yamac daha.
Ömrünü qış üstdə ağlamaz daha,
 Ahuramazdaya,Hörmüzə alqış.

Dilin də,dinin də qədimi - bizdə,
Pirin peyğəmbərin qədəmi - bizdə.
Axtarsan,taparsan Adəmi bizdə,
 Halal yurdumuza, yerimizə alqış!..

Mələk qarı
 
Arzu,ümid günlərinə zəncir idi,
Danlaq,öyüd boğazında kəndir idi.
İlk gördüyü,son gördüyü kənd yeriydi,
 Neyləyəydi Mələk qarı,neyləyəydi?!

Əllərini əl içində görəmmədi,
Saçlarını ağ günlərə hörəmmədi.
Qız qarıdı, düz qarıdı, görən dedi:
 Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Uşağa da,böyüyə də mələk idi,
Özünə də özgəyə də dilək idi.
Qız qarıdı,bu da bir cür kələk idi,
 Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Tüstüləndi, qarsımadı yeri,göyü,
Kişiləşdi əli,qolu,nitqi,boyu.
İnək sağdı, odun yardı, taya qoydu,
 Neyləyəydi Mələk qarı, neyləyəydi?!

Yaşıdları ona" sərhəd, qala" dedi,
"Qız qapısı - xan qapısı ola"dedi.
Subay-salıq oğlanlarsa "xala" dedi,
 Neyləyəydi Mələk qarı, neyləyəydi?!
     -0-
İl kəpənək qanadında
Uçur bahardan bahara.
 Lalə də öz rəng qanını
 İçir bahardan bahara.

Mənə doğru çamal güldür,
Orman güldür,çəmən güldür.
Hər yaz açan həmən güldür,
 Köçür bahardan bahara.

Ya rəbb məni bülbül elə,
Nəğmələrə sürgün elə.
 Ya da öldür,bir gül elə,
 Keçir bahardan bahara.
   
BAHAR RİTİMLƏRİ
Gün - bulud əsri,dan yeri küsgün,
Yağir,yal - yamacinin çəməni yağir.
Göydən Ye üzünəkəkotu,yarpiz,
 Göydən Yer üzünə səməni yağir.

Hələ yağmurludur bahar əlləri,
Qaranquş gəlməyib dimdiyində su.
Novruz xonçasindan bağ ətri gəlir,
 Gəlir,gözlərində bahar yuxusu..

İncimi sərir qar dənizlərə ? !
Bənövşə dodaği qaçir torpağin.
Gecikmiş qiş baba hər dənizdə,
 Elə bir mirvari səpir dənizə.

Üşüyür qar alta aldanmiş çiçək,
Bu sazağli gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət,
 Aprel yalanmiş,bahar deyilmiş.

...Elə cilvələnir aşiğin təbi,
Əli üzüləmmir saz ətəyindən.
Açir boğcasini axir ki düzlər,
 Bənövşə tökülür yaz ələyindən.

Sinəsi atlanan,çəməndən,çöldən,
Çiçək ətri gəlir,yaz ətri gəlir.
Daha şairlərin qələmindən də
 İnçə, lətafətli söz ətri gəlir.

20 YANVAR SƏHƏRİ
 /poemadan bir parça/

Qaşqabaqlı səhırin
Gözündən qan saçırdı.
Bakının başı üstdə
Qaranlıq göz açırdı.
Gecənin qoı-qılçası
Qan içində gərnəşir,
Hər yanda - nalə, fəryad...
Hər tərəfdə - hay-həşir...
Yaralanmış küçələr
Ağrıdan qıvrılırdı,
Hər qıvrılan ağrıda
Bir şəhid qovrulurdu.
Qanın rəngini görüb
Yanıq qoxuyurdu qar,
Sarısını udmaqdan
Qaxsımışdı adamlar .
Cəsədlər - qalaq-qalaq...
Hövsələlər - daşqalaq...
Hər tərəf - atəş səsi,
Söyüş,qarğış,şapalaq...
Qaçaqaçdı, qovhaqov,
İnsan - ovçu, insan - ov.
Gah qaçan qovulurdu,
Gah qovulan qaçırdı.
Avtomat qaqqıltısı
Elə ölüm saçırdı.
Amma haqq bizə tərəf,
Söz bizimdi o zaman.
Şəhidlərin qanından
Doğulurdu Dünyaya
 Müstəqil Azərbaycan.
Olmaz andı-amanı
Şəhidi yox millətin.
Şəhidi yoxsa əgər,
Sabahın DİVANINDA
ŞAHİDİ YOX
 MİLLƏTİN.
 
     -0-
Haçansa, arzumun harasındasa
Vardı bu kainat,vardı bu dünya.
 Baxırdım ömrümün sonundan bəri,
 Baxırdım...Nə yaman dardı bu dünya!

Yıxıldın,tapdayıb ayaqlayandı,
Tale oyununda oynaqlayandı.
Kiminə biganə,kimə həyandı,
 Kiminə sonadək yardı bu dünya.

Nəşələn qəlbincə,çağla boyunca,
Hissə sarmaşıqdı, ağıla oyuncaq.
Bas odlu sinənə, ağla doyunca,
 Dərdini inlədən tardı bu dünya.

Bir də ərk elədim,üzünə çıxdım,
Sandım ki, qışından yazına çıxdım.
Yenə öz dərdimin izinə çıxdım,
 Düz imiş kürədi, şardı bi dünya.
     -0-
Necə varsan,elə də qal,
Nə kosa ol,nə də saqqal.
 Elə kiçil,elə ucal,
Nə dərədən aşağıda,
Nə zirvədən ucada ol.
Nə sus,nə sözü söz elə,
Sözü şitliyə duz elə.
Sayıqlığı dördgöz elə,
Axşam,səhər,gündüz,gecə
 Qapıda ol, bacada ol.
Qayıt keçdiyin dərslərə,
İsimə, felə, məsdərə.
Qayıt sözlərə,səslərə,
Ən sürəkli vurğuda ol,
 Ən bölünməz hecada ol.
     NƏ FAYDA
 Qədri yox,qiyməti yox bu şerin,
 Yaxasına gül taxıla, nə fayda?!
 Öz-özümdən küsüb durum-durmayım,
 Ya ovunum bu nağıla, nə fayda?!

Havalanıb, qanadlanıb, uçurlar,
Görən kimi oxşayırlar, qucurlar?!
Kimə qalır əziyyətlər , əcrlər?-
 Deyək, elə mən fağıra, nə fayda?

Yollarımda tələydimi, bimirəm,
Düzüb-qoşan fələkdimi, bilmirəm.
Əvvəlindən beləydimi, bilmirəm,
 Uyub durdum bu bu ağıla, nə fayda?

Əlindədir sehr günüm, sirr günüm,
Zikr günüm, dua günüm, pir günüm.
Tutula ha onsuz keçən bir günüm
 Lap şəkərə, lap noğula, nə fayda?

Biçib-tökdü doğru, yalan bu ömrü,
Şeir adda eşqi- haram bu ömrün.
 Məndən sonra ona qalan bu ömrün
 Sevincindən qəm doğula, nə fayda?
     -0-
Yaxın gəl,ey məndən uzaq duran söz,
Ya Tövrat söz,ya İncil söz,Quran söz.
 Hədiyyəsən mənə,Allah verən söz,
 Sənin qədər məni duyan olmadı.

Mənim səndən özgə kimim var görən!
Nəkarəyəm,məhbəsini dar görəm!
Ey saçımın boyasında qar görən,
 Sənsiz toy da xına qoyan olmadı.

Bu məkandı, əvvəldə sən,sonda sən,
Bu zamandı,hər məqamda,anda sən.
Həyatda sən, fikirdə sən, canda sən,
 Sənsiz inam, sənsiz qiyam olmadı.

Düşmən - həmən, dost görmədik sən kimi,
Rəqiblərin sənlə əzdik əngini.
Oyatmaqçın canımızda "Cəngi"ni
 Sənin qədər "təbil döyən" olmadı.

Bu qaç-qovda dünya ləpir-ləpirdi,
Sənsiz dözüm səbr deyil, qatırdı.
Səni dedim...ərkim sənə çatırdı,
 Səndən özgə mənə həyan olmadı.

Ömür yazdı gül ətirli səninlə,
Qanad açdım bir sətirlik səninlə.
 Bəxti "yüzə-yüz" gətirdi səninlə,-
 Firuzəni sənsiz öyən olmadı.
      -0-
Çapdım sözün sahilinə,
Baxıb gördüm dəryadı Söz.
Fikrin,hissin,həyəcanın
 Laylası söz,fəryadı söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım,bişdim ocağında
 Əhdim özün,andım sözün.
....Söz hasardı, söz divardı,
Dünyanın iç qapısıdır.
Açmadınsa, düz divardı,
 Açdınsa, keç,qapısıdır.
    -0-
Həya atam, qardaşım,
Abır anam-bacımdır.
 Durub başımın üstdə,
 Məni gözdən qaçırmır.

Dindim,boynumu qırır,
Susdum, mərəkə qurur.
Elə ağzımdan vurur,
 Qol-qanadım açılmır.

Qışında da yaz qalan,
Mənə lap bir az qalan,
Anamdan miras qalan
 Şirinimdi, acımdı.
-0-
Bəxt yükündə kiçilsəm də,
Söz yükündə iri qaldım.
Ölənlərlə ölüb getdim,
 Qalanlarla diri qaldım.

Düşdüm üzübəri gəldim,
Dərd dolu illəri gəldim.
Nə bir bənd irəli gəldim,
 Nə bir misra geri qaldım.

Ömrə ölçü-biçi sözdür,
Çölü sözdür,içi sözdür.
Mənə düşən iki sözdür,
 Birin dedim,biri qaldı.
    -0-
Allah,Allah,gör nələri
Mən uda-uda gəlmişəm.
Ümidimi yollarıma
 Şam tuta-tuta gəlmişəm.

Gah enmişəm,gah qalxmışam,
Düz gözümdən düz baxmışam.
Dünyaya şeirlə çaxmışam,-
 Dönüb bir oda gəlmişəm.

Görüb Yerdə qərib mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə,
 Tanrıdan səda gəlmişəm.
    -0-
Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı,
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, — laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə… Çəkəməzsən geri sən,
Ömrü talan etmişini illərin.

Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin,
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illəri
    -0-
Baş tutmasa bu sevda,
Hönkürüb gedəsiyəm.
Oda düşən qəlbimi
 Söndürüb gedəsiyəm.

İsinməsəm istimə,
Kor olacam tüstümə.
Düz dünyanı üstümə
 Güldürüb gedəsiyəm.

Əcəl kəssə yanımı,
İçəcəyəm qanımı.
Dirilsə,bu canımı
 Öldürüb gedəsiyəm.
    -0-
Yoxdu maraqlı heç nə,
Ömrü varaqla,heç nə.
İtir,ya saxla,heç nə,-
 Xatirələr xoş deyil.

Yüz cür əzabdan keçib,
Dərddi, əsəbdən keçib.
Haqdan,hesabdan keçib,-
 Çözüləsi iş deyil.

Görən yoxdu şux daha,
Cilvələnmir çox daha.
Səmaları yox daha,
 Uça bilmir,quş deyil.
       -0-
"Hər gün ümidimdən durnalar köçür"
 şeirini oxuyub riqqətə gəlməmək olmur...
Sənin dərgahına açılıb əlim,
Ilahi,sınağa çəkmə əlimi.
Yazmaqdan savayı günahı yoxdur
 Bu çörək əlimin,əkmək əlimin.
Bir kəsin yolunda tələ olmayıb
Rüşvətdən,qurğudan salamat əlim.
Ağa tanımayıb,kölə olmayıb
 Pirə,peyğəmbərə salavat əlim.
 
BAHAR RİTMLƏRİ
Gün - bulud əsri,dan yeri küskün,
Yağir,yal - yamacinçəməni yağir.
Göydən Yer üzünə kəkotu,yarpiz,
 Göydən Yer üzünə səməni yağir.

Hələ yumuludur bahar əlləri,
Qaranquş gəlməyib,dimdiyində su.
Novruz xonçasindan bağ ətri gəlir,
 Gəlir,gözlərində bahar yuxusu.

İncimi səpir qar dənizində ? ! -
Bənövşə dodaği qaçir torpağin.
Gecikmiş qiş baba hər dənizdə
 Elə bil mirvari saçir torpağa.

Üşüyür qar altda aldanmiş çiçək,
Bu sazağli gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət,
 Aprel yalanimiş,bahar deyilmiş.

...Elə cilvələnir aşğin təbi,
Əli üzüləmmir saz ətəyindən.
Açir boğçasini axir ki düzlər,
 Bənöşə tökülür yaz ətəyindən.

Sinəsi atlanan çəməndən,çöldən,
Çiçək ətri gəlir,yaz ətri gəlir.
Daha şairlərin qələmindən də
 İncə,lətafətli söz ətri gəlir.


Ana səhifəyə qayıt        Baxış: 1 250          Tarix: 8-04-2020, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma