Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə televiziyasına müsahibəsində deyib.
“Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də əsgəri qoyub məzuniyyətə getməli və ya Baden-Badendə təhsil almalıyıq? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanunla. Biz beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Qanunilik ən yaxşı zamindir, yaxşı zamindən də yaxşıdır. Əgər forpostun zamini varsa, o zaman niyə ərazilərimizin işğal altında olduğunu deyirik? Zəmanət verirəm ki, legitimlik pis qarantdan daha yaxşı təminatdır. Qonşularla münasibətlərin nizamlanmasının legitimliyi düsturu hətta yaxşı zamindən də qat-qat yaxşı zamindir. Qanuniliyinizi başqasının yaxşı zəmanətləri ilə dəyişmək istəyirsinizsə, o zaman suverenliyinizdən və müstəqilliyinizdən imtina edirsiniz. Seçim məhz buradadır. Biz seçirik: həssas beynəlxalq hüquq, yoxsa toxunulmaz beynəlxalq hüquq?” - o bildirib.
Paylaş: